İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim qərarı oxuyanda məhkəmə zalından QAÇDI

İrəvanın Nor Nork inzibati rayon məhkəməsinin binasından təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçildikdən dərhal sonra qaçıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə avqustun 3-də baş verib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib, lakin barəsində həbs qərarı elan edildikdən dərhal sonra o, qaçmağı bacarıb.

Məhkəmə Departamenti qaçış faktını təsdiqləyərək bildirib ki, təqsirləndirilən şəxs qərar çıxarılan kimi məhkəmə zalını tərk edib.

Hazırda polis əməkdaşları qaçan şəxsin yerinin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR