Onlayn ictimai-siyasi qəzet
Rusiyada 50 milyon rubla yaxın vəsaiti mənimsəməkdə ittiham olunan keçmiş müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun cinayət işi üzrə istintaq başa çatıb.
Musavat.com-un xəbərinə görə, bu barədə TASS-a müsahibəsində Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.
İstintaq Komitəsinin rəhbərinin sözlərinə görə, Bulqakov mütəşəkkil cinayətkar qrupun tərkibində 2024-cü ildə Kirov adına Hərbi Tibb Akademiyası ilə bağlanmış müqavilənin qiymətini şişirtməklə “Peterburq" SASC-dən 49 milyon rubldan çox pul mənimsəyib.
Bulqakov 2024-cü ilin iyulunda saxlanılıb və həbs edilib. O, hərbi xidmətdən getdikdən sonra bağlanan müqavilə ilə heç bir əlaqəsi olmadığını iddia edib.
Bulqakov 2008-ci ildən 2022-ci il sentyabrın 24-dək müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təchizatına nəzarət edib. 2016-cı ildə “Rusiya qəhrəmanı” adına layiq görülüb.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ