İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər bu halda günahkar sayılacaq 

Tibbi müdaxilədən sonra xəstənin vəziyyətinin pisləşməsi və ya arzuolunmaz fəsadların yaranması cəmiyyətdə çox vaxt avtomatik olaraq həkim səhvi kimi qiymətləndirilir.

Halbuki hər mənfi tibbi nəticə həkimin hüquqi məsuliyyəti üçün əsas yaratmır. Burada əsas məsələ həkimin tibbi standartlara uyğun davranıb-davranmaması, düzgün diaqnoz qoyub-qoymaması, müalicə taktikasını düzgün seçib-seçməməsi və pasiyenti mümkün risklər barədə lazımi qaydada məlumatlandırıb-məlumatlandırmamasıdır.

Ali Məhkəmənin tibbi mübahisələrlə bağlı açıqlaması isə mühüm bir sualı gündəmə gətirir: Xəstə müalicənin nəticəsindən narazıdırsa, həkimin səhv etdiyini necə sübut etmək olar? Tibbi səhv ilə müalicənin arzuolunmaz nəticəsi arasında hüquqi baxımdan hansı fərq var? Həkim hansı hallarda məsuliyyət daşıyır, hansı hallarda isə məsuliyyətdən azad olunur?

Adil Qeybulla istefa verdi - Veteninfo.Az

Professor Adil Qeybulla Musavat.com-a açıqlamasında deyib ki, ölüm hallarına ümumi yanaşmaq və bütün hallarda məsuliyyəti həkimin üzərinə qoymaq düzgün deyil: 

"Çünki ölümə səbəb ola biləcək müxtəlif yatrogen mənşəli amillər də mövcuddur. Bütün bu məsələlər fərdi şəkildə araşdırılmalıdır, çünki ölümün səbəbi hər zaman həkimlə bağlı olmaya bilər, başqa yatrogen mənşəli amillər də mümkündür. Xüsusilə əməliyyatdan sonrakı yaxın dövrdə baş verən ölüm hallarında ölümün birbaşa səbəbini müəyyənləşdirmək üçün autopsiyanın aparılması mühüm əhəmiyyət daşıyır.Ona görə də baş verənlərə ümumi qiymət vermək düzgün deyil. Təəssüf ki, hazırda dünyasını dəyişən xəstələrin heç biri araşdırılmır, diaqnozları dəqiqləşdirilmir və bu da şayiələrin yaranmasına səbəb olur. Şikayət edildikdə isə prosesin düzgün aparılması üçün meyit eksqumasiya olunmalı, yəni qəbirdən çıxarılıb yenidən təşrih edilməlidir. Bütün bu problemləri qaydaya salmaq və sistemləşdirmək lazımdır".

Adil Qeybulla əməliyyatdan əvvəl xəstənin yanaşı xəstəliklərinin nəzərə alınmasının da mühüm olduğunu qeyd edib. Onun sözlərinə görə, əvvəlcədən müəyyən edilməyən və ya lazımi şəkildə qiymətləndirilməyən yanaşı xəstəliklər əməliyyatdan sonrakı mərhələdə fəsadlara və ağırlaşmalara səbəb ola bilər.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR