Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, HƏMAS-ın nümayəndəsi Hazem Kasem Vaşinqtonun Qəzza üzrə təqdim etdiyi qətnamə layihəsinə qəti etiraz etdiklərini açıqlayıb.
Kasemin sözlərinə görə, ABŞ-ın sənədi hazırkı vəziyyəti dəyişmir və humanitar atəşkəsin möhkəmləndirilməsinə real töhfə vermir.
O bildirib ki, amerikan qətnaməsinə alternativ olaraq, Qəzzada qalıcı atəşkəs rejimini gücləndirəcək və bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcək yeni bir sənəd hazırlanmalıdır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ