Onlayn ictimai-siyasi qəzet
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərinə dair vacib açıqlamalar verib.
Musavat.com-un məlumatına görə Pezeşkian IRIB-yə müsahibəsində bildirib ki, qonşularla yaxşı əlaqələrə malik olmaq qaçılmaz bir prinsipdir və bu istiqamətdə bir qədər ləng hərəkət edilib.
İran lideri qeyd edib ki, doktor Möhsün Rezaiyin gəlişi ilə əlaqədar artıq ortaq dil və baxışa çatılır: "Bunların hamısı islam ölkələridir. Biz niyə islam ölkələri ilə dava etməliyik? Niyə bir-birimizlə ortaq dilə gəlməyək? Niyə bölgənin təhlükəsizliyini birlikdə təmin etməyək?"
Pezeşkian uzaqdan mesaj göndərməyin problemi həll etmədiyini vurğulayaraq dialoqun və qarşılıqlı narahatlıqların nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.
O əlavə edib ki, Türkiyə, Azərbaycan, Türkmənistan, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman və Misir kimi ölkələrlə münasibətləri tənzimləmək üçün zəmin hazırdır:
"Biz baxışımızı düzəltsək, çox rahatlıqla müsəlman qardaşlarımızla əməkdaşlıq edə bilərik. Amma əgər güc mövqeyindən danışmaq istəsək, o zaman qarşı tərəf də deyəcək ki, mənim də gücüm var. Biz qardaşıq, bir-birimizin hökmdarı deyilik, əl-ələ verməliyik ki, bölgəni sakitləşdirək".
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ