Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Hava Qüvvələri yüksək vəzifəli şəxslərin təcili təxliyəsini asanlaşdırmaq üçün Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında xüsusi helikopter dəstəsi yaradıb.
Musavat.com xəbər verir ki, məlumatı The War Zone portalı məlumat yayıb. Söhbət 27 avqustda rəsmi olaraq yaradılması elan edilən 5-ci Helikopter Eskadrilyasından gedir. Bildirilir ki, yeni xüsusi təyinatlı qüvvələr bölməsinin donanması HH-60W Jolly Green II axtarış-xilasetmə helikopterlərindən ibarət olacaq. Aviabazanın mətbuat xidməti vurğulayıb ki, 60 ildə ilk dəfədir ki, xüsusi təyinatlı qüvvələr helikopter bölməsi orada yerləşdirilir.
"The War Zone" vurğulayır ki, 5-ci Helikopter Eskadrilyasının missiyasına "hücum və ya oxşar ciddi fövqəladə hallar zamanı federal hökumətin davamlı fəaliyyətini təmin etmək üçün yüksək səviyyəli rəsmilərin və qanunvericilərin təxliyəsini asanlaşdırmaq" daxil olacaq. Portal vurğulayır ki, prezident və ABŞ hökuməti üzvlərinin daşınması və zəruri hallarda təcili təxliyəsi kimi əsas funksiyalar ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi təyinatlı qüvvələr bölməsi tərəfindən VH-3D Sea King helikopterlərindən istifadə edilməklə yerinə yetirilir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ