Onlayn ictimai-siyasi qəzet
Dövlət Departamenti 46-cı ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən mükafata layiq görülən İraqın keçmiş maliyyə naziri Taif Sami Məhəmməd əl-Şəkərçinin ABŞ vizasını ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı Dövlət katibinin köməkçisi Dilan Conson açıqlayıb: "Dövlət Departamenti Bayden administrasiyası tərəfindən korrupsiyaya qarşı mübarizədə və gender bərabərliyinin təşviqində rol oynadığı iddia edilən roluna görə mükafat verilən İraq vətəndaşının vizasını ləğv edib".
O əlavə edib ki, əl-Şəkərçi hər il ABŞ tərəfindən dünyanın hər yerindən olan qadınlara "görkəmli cəsarət, güc və liderliyə görə" təqdim edilən mükafatı keçmiş ABŞ Dövlət katibi Entoni Blinken və keçmiş ABŞ Prezidentinin həyat yoldaşı Cill Baydendən alıb.
ABŞ Dövlət Departamentinin sözçüsünün dediyinə görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) əvvəllər əl-Şəkərçini terrorizmə kömək etməkdə şübhəli bilinən şəxslər siyahısına əlavə edib. Conson əlavə edib ki, o, hazırda ABŞ-dan kənardadır.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ