İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS şərt irəli sürdü: “Silahlarımızı yalnız Fələstin dövlətinə verəcəyik”

HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Xəya bildirib ki, təşkilat öz silahlarını yalnız gələcək Fələstin dövlətinə təhvil verməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunun İsrailin işğalının sona çatmasından sonra mümkün olacağı vurğulanıb.

Əl-Xəya qeyd edib ki, “dövlət” dedikdə “suveren Fələstin dövləti” nəzərdə tutulur. O, həmçinin, silahların təhvil verilməsi məsələsinin Fələstinin müxtəlif qrupları və beynəlxalq vasitəçilərlə müzakirə olunduğunu bildirib.

HƏMAS liderinin sözlərinə görə, bu danışıqlarda vacib elementlərdən biri BMT-nin sülhməramlı qüvvələrinin iştirakıdır. Bu qüvvələr atəşkəsə nəzarət edəcək və tərəfləri Qəzza zolağının sərhədində ayıracaq.

Qeyd edək ki, HƏMAS bu şərtlərlə Qəzzada sülhün bərqərar edilməsi və silahsızlanma prosesinin baş tutacağını düşünür. Bu açıqlama bölgədəki danışıqların gərginliyini artıran bir amil ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR