Onlayn ictimai-siyasi qəzet
Litvanın paytaxtı Vilnüsün Beynəlxalq Hava Limanı radarlarda naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi ehtimalı ilə əlaqədar hava məkanını və fəaliyyətini müvəqqəti olaraq bağlayıb.
Musavat.com xəbər verir ki, yerli LRT telekanalının yaydığı məlumata görə, təhlükə siqnalından dərhal sonra NATO-nun Baltikyanı hava məkanını qoruyan qırıcı təyyarələri təcili olaraq səmaya qaldırılıb, yerli sakinlərin telefonlarına isə ehtiyatlı olmaq və sığınacaqlara yaxınlaşmaq xəbərdarlığı göndərilib.
Sonradan Vilnüs hava limanı rəsmi bəyanat yayaraq hava həyəcanının ləğv edildiyini və uçuşların bərpa olunduğunu bildirib.
Litva Silahlı Qüvvələrindən verilən açıqlamada vurğulanıb: "NATO qırıcıları sözügedən ərazidə hər hansı fiziki obyekt aşkar etməyiblər. Hərbi Hava Qüvvələrinin helikopteri siqnalın radarlardan itdiyi zonada əlavə baxış keçirəcək".
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ