Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.
Musavat.com xəbər verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.
Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətləri - xüsusən də təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.
Tərəflər İrandakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir mübadiləsi aparıblar.


24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ