İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hürrem Sultan”ın hoteldən görüntüsü sosial şəbəkələri çalxaladı - VİDEO

“Muhteşem Yüzyıl” serialında canlandırdığı “Hürrem Sultan” obrazı ilə yaddaşlara həkk olunan Meryem Uzerli qaldığı hoteldə yaşanan maraqlı təsadüflə diqqət çəkib.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbulun Çırağan sarayında qalan Uzerli otağının yanından tanış səslərin gəldiyini eşidib.

Bir müddət qulaq asdıqdan sonra qonşu otaqda “Muhteşem Yüzyıl” serialının izlənildiyini anlayan aktrisa tamaşaçıya sürpriz etmək qərarına gəlib. Uzerli seriala baxan şəxsin otağının qapısına gedərək zəngi basıb. Qapı açıldıqda isə tamaşaçının qarşısında serialın “Hürrem Sultan”ı dayanıb. Gözlənilməz qarşılaşma zamanı maraqlı görüntülər ortaya çıxıb.

2011-ci ildə yayımlanmağa başlayan “Muhteşem Yüzyıl” serialında “Hürrem Sultan” obrazını canlandıran Meryem Uzerli performansı ilə ekran əsərinin ən çox danışılan aktyorlarından birinə çevrilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR