İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Həsənov barəsində həbs qərarı verildi

Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bu barədə ura.ru sayt məlumat yayıb.

Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər hansı kontent yerləşdirməyə qadağa qoyub. Həmçinin, bloqerə məxsus olan və dəyəri 46 milyon rubl həcmində qiymətləndirilən "Moskva-Siti"dəki mənzil müsadirə edilib.

İstintaq materiallarına əsasən, Hüseyn Həsənov fərdi sahibkar statusunda olarkən 170 milyon rubldan artıq vergi ödənişlərindən yayınmaqda təqsirləndirilir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR