Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova İbrahim Tatlısəslə bağlı maraqlı açıqlama verib.
Musavat.com-un xəbərinə görə, sənətçi "İncə səhər" verilişində bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:
"Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam".
Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:
"İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin".
Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ