Onlayn ictimai-siyasi qəzet
Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
Musavat.com-un İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-19-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.
Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onu yubileyi ilə əlaqədar olaraq təltif edib.

13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ