İnsanlara hürriyət, millətlərə istiqlal!

İdarə rəisinin öldüyü qəzadan görüntülər - Video

Xocavənddə vəzifəli şəxsin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-si Beyləqan rayonu ərazisində baş verib.

Xocavənd rayon Statistika İdarəsinin rəisi Fərnad Tahir oğlu Tahirov istifadəsində olan “Nissan Sunny” markalı 28-AA-021 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində F. Tahirov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Qəza yerindən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR