İnsanlara hürriyət, millətlərə istiqlal!

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU AÇIQLANDI

Bu gün Binəqədi rayonu, "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Kliniki Tibbi Mərkəzdən Musavat.com-a verilən məlumata görə, aparılan diaqnostik radioloji müayinələrdən sonra pasiyentin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.

"Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR