İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qareginin QARA günü – İki gün qaldı...

Avqustun 3-də Ermənistan parlamenti təzə tərkibdə ilk dəfə toplaşacaq. Diqqətçəkən məqamlardan biri də Ermənistanın “müstəqillik” tarixində ilk dəfə olaraq, açılış iclasına bütün ermənilərin katolikosu II Qareginin dəvət almamasıdır (Yeni ildə onun dövlət TV-də təbrik çıxışına da icazə verilməmişdi).

Məsələ ondadır ki, qonşu ölkənin konstitusiyasına görə (18-ci maddə), xalqın milli kimliyi, dili və mədəniyyətinin qorunmasında kilsəyə “müstəsna missiya” tanınır. Əslində isə bu, ona ölkənin ictimai-siyasi həyatında söz sahibliyi tanımaq deməkdir. Türk düşmənçiliyin əsas ideoloji qaynağı olan Erməni Apostol Kilsəsi də bundan həmişə məharətlə istifadə edib. Xüsusilə gənclərin beynini daim Türkə nifrətlə doldurub və doldurmaqdadır.

Hakimiyyətin təzyiqlərinə rəğmən, kilsə bu təxribatçı və ksenofob “missiyasından” əl çəkməyib və belə görünür ki, çəkmək fikri də yoxdur. Bu isə Baş nazir Paşinyanın və onun hökumətinin yaxın dövr üçün elan elədiyi “yol xəritəsi”nə, prioritetlərə, ən əvvəl də Bakı və Ankara ilə yaxınlaşmaq, Moskvanın vassallığından isə uzaqlaşmaq prosesinin mahiyyətinə daban-dabana ziddir...

Paşinyan təkid edir: II Qaregin vəzifəsindən uzaqlaşdırılmalıdır

Yada salaq, Nikol Paşinyan saxta “erməni soyqırımı” mövzusunu artıq xarici siyasətin prioritetləri sırasından çıxarıb. Həmçinin, “Dağlıq Qarabağ” məsələsinin bağlandığını elan edib və Qarabağdan köçmüş əhalinin Ermənistan cəmiyyətinə inteqrasiya olunmalı olduğunu bildirib. Kilsə və radikal müxalifət isə təbii ki, buna qarşıdır və Azərbaycan əleyhinə avantürist kursa davam eləməkdədir.

Bu qüvvələr təkcə çağırış etmir, eyni zamanda, konkret təhlükəli fəaliyyətlə məşğuldur, hətta hakimiyyəti zorla devirməyə çalışırlar. Təsadüfi deyil ki, ötən yay Baş nazirə qarşı iflas olmuş dövlət çevrilişi cəhdinin əsas ideoloqu və təşəbbüskarı məhz kilsə olub. Plan məhz orada cızılıb. Bu cəhdə görə həbsə salınanlar arasında bədnam keşiş- revanşist Baqrat Qalstanyan da var...

Nikol Paşinyan indi belə bir radikal, üstəlik, Rusiyaya bağlı müxalifətlə niyə yumşaq davranmalıdır ki. Yeri gəlmişkən, Baş nazir ötən ilin noyabrında ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanı və qardaşı oğlu Ambarsum Nersisyanı “Rusiya agentləri” adlandıraraq həbsə atdırmışdı.

Ermənistan Parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsinə baxacaq -  Ayna.az

Parlamentin yeni tərkibdə sabahkı ilk iclasına bu adamın “xeyir dua” vermək üçün dəvət olunmaması bu mənada tam məntiqli bir davranış. II Qareginə və onun terror yuvasına çevirdiyi erməni kilsəsinə qarşı belə bir etinasızlıq, şübhəsiz, katolikosun ölkə həyatında və cəmiyyətdəki ənənəvi söz sahibliyinə vurulan ciddi zərbə kimi yadda qalacaq. Həlledici zərbə isə yəqin ki, yeni konstitusiya dəyişikliyi ilə endiriləcək. Hansı sənəddə ki, erməni kilsəsinə heç bir mənəvi-siyasi imtiyaz tanınmır.

İllərdir Paşinyanın “ayağının” altını qazıyan kilsənin, erməni lobbisinin və radikal revanşistlərin mövcud iqtidara qarşı qəzəbinin, onu zorla siyasi səhnədən uzaqlaşdırmaq səylərini əsas səbəbi bu. Lakin cəmiyyət iyunun 7-ə hakim qüvvəyə daha 5 illik mandat verib. Bu isə Paşinyana həm də və faktiki, “radikallara qarşı istədiyini elə” mesajıdır.

Odur ki, avqustun 3-ü tarixə təkcə II Qaregin üçün yox, ümumən radikal-revanşsistlər üçün tarixə növbəti qara gün kimə düşə bilər...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR