Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.
Dəyişikliyin təmir işləri başa çatanadək qüvvədə olacağı bildirilir.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ