İnsanlara hürriyət, millətlərə istiqlal!

İki mühüm boğazda gəmiçiliklə bağlı vəziyyət açıqlandı

Son 24 saat ərzində Hörmüz boğazından on gəmi keçib, onun yenidən açılması ilə bağlı danışıqlar isə davam edir.

Musavat.com xəbər verir ki, məlumatı CNN MarineTraffic xidmətinin məlumatlarına istinadən yayıb.

Bildirilir ki, yeddi yük gəmisi Fars körfəzinə daxil olub, üç gəmi isə Oman körfəzindən çıxıb.

Bu arada, eyni dövrdə Bab əl-Məndəb boğazından ən azı 19 ticarət gəmisi keçib.

CNN qeyd edir ki, Qırmızı dənizə on gəmi (altı yük gəmisi və dörd tanker) daxil olub, doqquz gəmi isə Ədən körfəzindən çıxıb (altı yük gəmisi və üç tanker).
Beləliklə, hər iki boğazdan keçən dəniz nəqliyyatı əvvəlki həftələrdə olduğu kimi kiçik, lakin sabit olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR