Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkiləri üzrə ilk rəsmi nəticələr açıqlanıb.
Musavat.com xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsi üzrə açıqladığı ilkin nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 57,14 faiz səslə böyük fərqlə liderlik edir.

Nəticələrə əsasən, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 21,43 faiz səslə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 8,21 faiz, “Çiçəklənən Ermənistan” Partiyası isə 5,10 faiz səs toplayıb.
Bundan əvvəl bülletenlərin 5 faizdən çoxunun emalı zamanı da “Vətəndaş Müqaviləsi” Partiyasının 57,14 faiz səslə açıq fərqlə irəlidə olduğu bildirilmişdi.

Səslərin sayılması davam edir.
Musavat.com
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ