Onlayn ictimai-siyasi qəzet
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan ərazisinə pilotsuz təyyarənin buraxılması ilə bağlı xəbərləri təkzib edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, mövqe qərargahın bəyanatında əksini tapıb.
"İran İslam Respublikası, bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmət edərək, silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası istiqamətində pilotsuz təyyarənin buraxılmasını təkzib edir" - bəyanatda qeyd edilib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ