İnsanlara hürriyət, millətlərə istiqlal!

İran görün NƏYƏ HAZIRLAŞIR: Avropada BU ÖLKƏLƏR vurula bilər

İran ABŞ prezidenti Donald Trampın münaqişəni gərginləşdirməsi halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" İran hakimiyyətinə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tehran Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə, xüsusilə Bolqarıstandakı hədəflərə mümkün hücum variantlarını araşdırıb. ABŞ təyyarələrinin yanacaq doldurmaq üçün istifadə etdiyi Bezmer aviabazası da potensial hədəflər sırasında göstərilib. Kipr də mümkün hədəflər arasında nəzərdən keçirilib. Adada Britaniyaya məxsus hərbi hava bazası yerləşir.

Bundan əlavə, İranın Hörmüz boğazında sualtı optik-lif kabellərə hücum imkanlarını da nəzərdən keçirdiyi bildirilir.

Mənbələr bildiriblər ki, yeni münaqişə baş verəcəyi təqdirdə Tehran zərbələri Yaxın Şərqin hüdudlarından kənara genişləndirə bilər.

Mənbələrdən biri deyib: “ABŞ həddini aşarsa, İran nəyin bahasına olursa-olsun özünü müdafiə edəcək, regionun hüdudlarından kənara çıxacaq və Avropaya zərbə endirəcək”.

İran daha əvvəl də uzaq məsafədə yerləşən hədəflərə zərbə endirməyə cəhd edib. Fevral ayında ABŞ Hind okeanında yerləşən Dieqo-Qarsiya bazasına doğru raketlərin buraxıldığını açıqlayıb.

Mart ayında isə Türkiyə İranın ballistik raketlərini ələ keçirdiyini bildirib.

Nəşr qeyd edir ki, Tehran üçün İraq, Livan və Yəməndəki müttəfiq qruplaşmalar vasitəsilə fəaliyyət göstərmək daha sərfəli ola bilər.

Öz növbəsində, "The Wall Street Journal" İran və ərəb rəsmilərinə istinadən yazır ki, Tehran Yaxın Şərqdə münaqişənin eskalasiyası halında fəaliyyət planı hazırlayıb.

Qəzetin mənbələrinin məlumatına görə, Tehran ABŞ ilə iyun ayında imzalanmış memorandumu Vaşinqton və İsrailin yeni hücumdan əvvəl vaxt qazanmaq cəhdi kimi qiymətləndirir.

WSJ qeyd edir ki, son iki ay ərzində İran hərbi əməliyyatların mümkün genişlənməsinə hazırlaşıb. Hakimiyyət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nizami ordu üzərində nəzarətini gücləndirir, İraqla müharibə veteranlarını mühüm vəzifələrə təyin edir, əks-kəşfiyyat əməliyyatlarını genişləndirir, həmçinin raket və pilotsuz uçuş aparatlarının istehsalını artırır.

Ərəb xüsusi xidmət orqanlarının məlumatına görə, İran Yəmən və İraqdakı silahlı qruplaşmalarla da əlaqə saxlayır. Məqsəd ABŞ üçün xərcləri artırmaq və əvvəlki münaqişənin təkrarlanmasına imkan verməməkdir.

WSJ-nin mənbələri həmçinin bildiriblər ki, Tehran ölkə daxilində iğtişaşların törədilməsinə cəhdlər gözləyir.

İranın baş müzakirəçisinin müşaviri Mehdi Məhəmmədi isə bildirib: “İran böyük qarşıdurmaya hazırdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR