İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hörmüz boğazını bağladı – dünyaya ilk rəsmi siqnal

İran Hörmüz boğazını hərbi təlimlər və döyüş atışları səbəbilə müvəqqəti bağladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Associated Press yazır: "Bu, Tehranın beynəlxalq su yolunun bağlanması barədə ilk rəsmi elanıdır".

Məlumata görə, söhbət genişmiqyaslı hərbi manevrlərdən gedir və bölgədə real döyüş şəraitinə yaxın ssenarilər tətbiq olunur. İran tərəfi təhlükəsizlik məqsədilə gəmiçilik hərəkətini məhdudlaşdırdığını bildirir.

Hörmüz boğazı dünya enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır – qlobal neft tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan keçir. Buna görə də qərar beynəlxalq bazarlarda gərginlik yaradıb və enerji qiymətlərinə təsir ehtimalı yüksək qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR