İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyanın ərazisindən üç peyk orbitə buraxdı

İran Rusiyanın ərazisindən üç peyki orbitə çıxardığını açıqlayıb. Söhbət “Paya”, “Zafar-2” və “Kovsər” adlı kosmik aparatlarından gedir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, buraxılış Rusiyanın Uzaq Şərqində yerləşən "Vostoçnı kosmodrom"ndan həyata keçirilib. Peyklər Yer səthindən təxminən 500 kilometr hündürlükdə orbitə yerləşdirilib.

Rəsmi açıqlamaya əsasən, peyklər əsasən ekoloji monitorinq, kənd təsərrüfatı və Yer səthinin məsafədən müşahidəsi məqsədləri üçün nəzərdə tutulub. Missiyanın əsas elementi “Paya” peyki hesab olunur. Bu aparat İranın indiyədək orbitə çıxardığı ən iri və texnoloji baxımdan ən mürəkkəb Yer müşahidə peykidir.

Qeyd olunur ki, İran və Rusiya arasında peyk texnologiyaları sahəsində əməkdaşlıq artıq təxminən 20 ildir davam edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra birgə layihələr və texniki dəstək proqramları həyata keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR