Onlayn ictimai-siyasi qəzet
İranda parlamentin ABŞ prezidenti Donald Trampın öldürülməsinə görə mükafat ayrılması ilə bağlı təşəbbüsü dəstəkləyəcəyi iddia olunub.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin mədəniyyət komitəsinin üzvü Həsənəli Əxlaqi-Əmiri açıqlama verib.
Deputat bildirib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra parlament ruhanilərin Donald Trampa qarşı verdiyi fətvanı icra edəcək şəxslə bağlı mükafat təklifini təsdiqləyəcək.
Onun sözlərinə görə, bu təşəbbüs parlament tərəfindən “şübhəsiz” qəbul ediləcək.
Həsənəli Əxlaqi-Əmiri bu açıqlamaları İranın “Didban” nəşrinə verib. İran mediası yazır ki, təhlükəsizlik səbəblərinə görə parlament iclasları hazırda onlayn formatda keçirilir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ