Onlayn ictimai-siyasi qəzet
Hind okeanında gərgin insident yaşanıb – ABŞ hərbi qüvvələri sanksiya siyahısına düşmüş tankeri ələ keçirib.
Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, “Veronica III” adlı gəmi İran və Rusiya mənşəli neftin daşınmasında istifadə edildiyi üçün saxlanılıb.
Məlumata əsasən tanker uzun müddət izlənilib, onun hərəkəti Karib hövzəsindən Hind okeanına qədər nəzarətdə saxlanıb. Daha sonra ABŞ hərbçiləri gəmini dayandıraraq yoxlama aparıblar və əməliyyat insidentsiz başa çatıb.
Amerika tərəfi bildirir ki, gəmi beynəlxalq sanksiyaları pozaraq yüz minlərlə ton sanksiyalı neftin daşınmasında iştirak edib və “kölgə donanması” adlandırılan gizli enerji ticarəti şəbəkəsinə daxil olub.
Hadisə Vaşinqtonun Tehran və Moskvanın enerji ixracına təzyiqi artırdığı dövrə təsadüf edir. Son aylarda ABŞ xüsusilə sanksiyalardan yayınan tankerlərə qarşı nəzarəti gücləndirib.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ