Onlayn ictimai-siyasi qəzet
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin bölgədəki hərbi əməliyyatları ilə bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Əraqçi, “X” hesabında paylaşım edərək bildirib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi zərbələr ərəb ölkələrinin ərazilərindən təşkil olunur.
“İran və ərəb qardaşları əsrlər boyu sevgi, dostluq və qarşılıqlı hörmət ruhunda yan-yana yaşayıblar. Amerikalı təcavüzkarlar ərəb dostlarımızdan uşaqları və günahsızları hədəf almaq üçün hücuma keçirlər. İranın cavabı qaçılmaz olaraq ABŞ-nin və onun qurumlarının bazalarına yönələcək”, - deyə, nazir vurğulayıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ