İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana belə təklif etməmişəm – Tramp hirsləndi

ABŞ prezidenti Donald Tramp nüvə məsələsində güzəştlər müqabilində İrana sanksiyaların yumşaldılmasını təklif etməsi barədə mediada yayılan xəbərləri yalan adlandırıb.

Musavat.com xəbər verir ki, o, bununla bağlı Truth Social hesabında paylaşım edib: "Axios bu yaxınlarda sanksiyaları yumşaltmağı və İrana dondurulmuş aktivləri qaytarmağı təklif etdiyimi iddia edən bir xəbər yayımladı. Bu doğru deyil. Mən onlara heç nə təklif etmədim".

Tramp Axios-u yalan məlumat dərc etdiyinə görə tənqid edib və saytın onu silməsini istəyib.

Qeyd edək ki, dünən yalnız Axios deyil, digər Amerika media orqanları da mənbələrə istinadən Trampın İrana qarşı oxşar addımlar atmağa hazır olduğuna dair məlumat yayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR