İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı yeni ZƏRBƏ PLANI - Bu həftə...

Bu həftə Vaşinqton administrasiyasının rəsmiləri ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı yeni təkliflər təqdim edəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" yayıb.

Portalın mənbələrinə görə, bu ayın əvvəlində Tramp ölkədəki etirazlara cavab olaraq İran ərazisinə "zərbələr endirməyə yaxın olub":

"Bunun əvəzinə, o, qərarı təxirə salıb və eyni zamanda regiona hərbi qüvvələr yerləşdirib. Ağ Ev rəsmiləri bildirirlər ki, İranda etirazlar əsasən yatırılsa da, zərbə variantı hələ də nəzərdən keçirilir".

Nəşrin mənbələri qeyd edib ki, Tramp hələ İrana zərbə endirmək ehtimalı ilə bağlı yekun qərar verməyib: "O, çox güman ki, bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona hərbi güc tətbiqi üçün əlavə variantlar təqdim olunacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR