İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda gizli ÇEVRİLİŞ PLANI - Sabiq prezidentə ŞOK İTTİHAM

İranın sabiq prezidenti Həsən Ruhaninin ofisi Fransanın “Le Figaro” qəzetində dərc olunan məlumatı təkzib edib. Bildirilib ki, Ruhani yanvar etirazları zamanı ölkənin ali dini lideri Əli Xameneini vəzifədən kənarlaşdırmağa cəhd göstərməyib.

Musavat.com-un xəbərinə görə, ofis bəyan edib ki, irəli sürülən ittihamlar “yalan, uydurma və ABŞ ilə İsrail mənbələrinin psixoloji əməliyyatının tərkib hissəsidir”.

Qeyd edək ki, bu yaxınlarda “Le Figaro” nəşri mənbələrə istinadən yazıb ki, yanvar ayında İranda baş verən etirazların qızğın vaxtında Əli Xameneinin devrilməsi ilə bağlı cəhd hazırlanıb.

İddiaya görə, təşəbbüs yanvarın 7-dən 8-nə keçən gecə, etirazların pik həddinə bir gün qalmış formalaşıb və plana sabiq prezident Həsən Ruhani rəhbərlik edib.

Məlumata əsasən, plan ölkənin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin dəstəyinin olmaması səbəbindən baş tutmayıb. Həmçinin bildirilib ki, ölkə prezidenti Məsud Pezeşkian məlumatın sızmasının qarşısını almaq məqsədilə müzakirələrdən kənarda saxlanılıb.

Mənbələrin iddiasına görə, hadisə üzə çıxdıqdan sonra Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb, onlarla əlaqəli bir sıra islahatçı funksionerlər isə həbs edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR