Onlayn ictimai-siyasi qəzet
Tehrandan olan "Anita Popist" ləqəbli müğənni barəsində məhkəmə hökmü çıxarılıb.
Musavat.com xəbər verir ki, sənətçi 74 qamçı zərbəsi cəzasına məhkum edilib.
Cəzaya səbəb ifaçının konsertlərin birindən sosial şəbəkədə paylaşdığı videoçarx olub. Həmin görüntülərdə sənətçi ənənəvi baş örtüyü (hicab) olmadan çıxış edib.
Müğənninin özünün verdiyi məlumata görə, hakimiyyət orqanları onun bu addımını "ictimai əxlaq normalarının pozulması" kimi qiymətləndirib.
Bu, son zamanlar baş verən ilk analoji hadisə deyil. Məhz bir ay əvvəl digər məşhur iranlı müğənni Parastu Əhmədi də eyni qəddarlıqla cəzalandırılıb və qamçılanmaya məruz qalıb.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ