Onlayn ictimai-siyasi qəzet
Bu gün İranın Zahidan şəhərinin Lar bölgəsində SEPAH-a məxsus avtomobillərə silahlı hücum edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı bölgədə fəaliyyət göstərən əməliyyat bölməsinin komandiri də daxil olmaqla bir neçə SEPAH əməkdaşı ölüb.
SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi isə insident nəticəsində ən azı 3 zabitin öldürüldüyünü açıqlayıb.
Hücumu törədənlərin kimliyi və itkilərin yekun sayı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ