İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Hörmüz boğazı ilə bağlı ŞOK QƏRAR: ABŞ və İsrail gəmiləri...

İran parlamentində Hörmüz boğazı və Fars körfəzində gəmiçilik qaydalarını sərtləşdirməyi nəzərdə tutan yeni qanun layihəsi müzakirə olunur.

Musavat.com xəbər verir ki, "Fars" agentliyinin məlumatına görə, təklif edilən yeni sənəd qəbul olunacağı təqdirdə ABŞ, İsrail və Tehran tərəfindən "düşmən dövlət" elan edilən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidi tamamilə qadağan ediləcək. Eyni zamanda, İsraillə əlaqəli hərbi və ya mülki təyinatlı istənilən yüklərin tranziti bloklanacaq, "Müqavimət oxu"na qarşı yönəlmiş əməliyyatlarda iştirak edən gəmilər saxlanılacaq və İrana zərər vurduğu iddia olunan tərəflərdən kompensasiya ödənilənədək keçidə icazə verilməyəcək.

Qanun layihəsində bu qaydaları pozanlara qarşı yükün dəyərinin 20 faizi qədər cərimələrin tətbiqi də nəzərdə tutulur. Dəniz trafikinə nəzarət, təhlükəsizliyin təmin olunması və ekologiyanın qorunması isə birbaşa İran hökuməti və silahlı qüvvələrinin məsuliyyətinə həvalə edilir.

Qeyd edək ki, sənəd hələlik müzakirə mərhələsindədir və qüvvəyə minməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR