İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Hörmüzlə bağlı təhdid: “Gəmilərə müdaxilə olunacaq”


İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Hörmüz boğazından keçən gəmilərlə bağlı yeni xəbərdarlıq yayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, açıqlamada boğazdan keçmək istəyən bütün gəmilərə müraciət edilərək, yalnız İran tərəfindən əvvəldən müəyyən edilmiş dəhlizin təhlükəsiz olduğu bildirilib.

“Hörmüz boğazından keçid üçün yeganə təhlükəsiz marşrut İranın elan etdiyi dəhlizdir. Gəmilərin digər marşrutlara yönəlməsi təhlükəlidir. Əks halda, SEPAH hərbi dəniz qüvvələrinin qəti müdaxiləsi ilə qarşılaşacaqlar”, – bəyanatda deyilir.

Bu arada ABŞ-nin “Axios” nəşrində yer alan xəbərə görə, Vaşinqton administrasiyası Hörmüz boğazındakı vəziyyətlə bağlı Tehranla təmas qurub. Məlumata əsasən, ABŞ rəsmilərindən biri bazar günü İran tərəfini neytral ölkələrə məxsus ticarət gəmilərinin boğazdan təhlükəsiz keçirilməsi məqsədilə başladılan əməliyyat barədə əvvəlcədən məlumatlandırıb və Tehrana prosesə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Məlumatda qeyd olunur ki, bu addım Ağ Evin İranla Hörmüz boğazı ətrafında gərginliyin daha da artmasının qarşısını almaq niyyətindən irəli gəlir.

Qeyd edək ki, son günlər Hörmüz boğazında vəziyyət yenidən gərginləşib. İran mediası ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəminin bölgədə təhlükəli manevrlər etdiyini və buna cavab olaraq xəbərdarlıq məqsədilə raket və pilotsuz uçuş aparatlarından istifadə olunduğunu iddia edib.

ABŞ Mərkəzi Komandanlığı isə İranın Amerika gəmisinə raket zərbəsi endirməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

 Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR