İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan kritik Azərbaycan-Ermənistan mesajı – “Üçüncü qarışmasın”

İran Cənubi Qafqazda sülhün qorunması ilə bağlı mövqeyini açıqlayıb və regiondankənar qüvvələrin proseslərə müdaxiləsinin yolverilməz olduğunu bildirib.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə danışıb.

Araqçi Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyət və münasibətlərin inkişafını müsbət qiymətləndirib. İran XİN rəhbəri Tehranın çoxtərəfli danışıqların və əməkdaşlığın, o cümlədən “3+3” formatı çərçivəsində davam etdirilməsinə hazır olduğunu bildirib.

O, Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğunun yarada biləcəyi nəticə və problemlərin nəzərə alınmasının vacibliyini ayrıca vurğulayıb. Araqçinin sözlərinə görə, regionda sülhün qorunması üçün üçüncü tərəflərin müdaxiləsinin olmaması mühüm əhəmiyyət daşıyır.

Ararat Mirzoyan isə İran-Ermənistan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və İrəvanın Tehranla əlaqələri daha da dərinləşdirməyə sadiq olduğunu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR