İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan müdafiə nazirinin Bakıya səfəri ilə bağlı diqqətçəkən AÇIQLAMA

“Müdafiə nazirinin Bakıya səfəri təhlükəsizliyi möhkəmləndirəcək”.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə ölkənin müdafiə nazirinin Bakıya səfəri ilə bağlı açıqlamasında bildirib.

Bəqayi qeyd edib ki, səfər İranın qonşu ölkələrlə etimadı və əməkdaşlığı möhkəmləndirməkdəki qətiyyətinin əlamətidir.

"Qafqaz bölgəsi İran üçün vacibdir və oradakı əmin-amanlıq bizim üçün də sülh hesab olunur. Bu səfər ölkənin XİN rəhəbri Abbas Əraqçının Bakıya səfərinin davamıdır", - deyə, o, əlavə edib.

Sözçü vurğulayıb ki, bu görüşlər region ölkələri arasında anlaşmanı qorumaq və hər hansı şübhələri aradan qaldırmaq üçün vacibdir. Onun sözlərinə görə, səfər zamanı müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub və səfərin iki ölkə arasında etimadı gücləndirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR