İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana 4000 bomba ATDI

İsrail Müdafiə Qüvvələri (İDF) bildirib ki, İsrail Hərbi Hava Qüvvələri hazırkı əməliyyatın başlanğıcından bəri İrana qarşı 4000-dən çox hava sursatı istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə İDF-in sözçüsü, briqada generalı Efi Defrin mətbuat konfransında məlumat verib.

Defrin bildirib ki, istifadə olunan sursatın həcmi artıq 2025-ci ilin iyun ayında İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı atılan bombaların sayından çoxdur. Həmin müharibə zamanı təxminən 4000 bomba istifadə olunmuşdu.

Sözçü əlavə edib ki, münaqişənin başlanğıcından bəri İsrail qırıcı təyyarələri təxminən 1600 döyüş uçuşu həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR