Onlayn ictimai-siyasi qəzet
Livanın cənub bölgələri İsrail Hərbi Hava Qüvvələri qırıcılarının kütləvi hücumlarına məruz qalıb.
Musavat.com xəbər verir ki, qırıcılar yerüstü hədəflərə ən azı 23 zərbə endiriblər. "Naharnet" xəbər portalının məlumatına görə, hava hücumları Cabbur dağ bölgəsini və Hizbullah milislərinin hərbi infrastrukturlarını bərpa etmək cəhdlərinin qeydə alındığı Vadi Bərgüz dərəsini hədəf alıb.
Qərbi Bekaa bölgəsində yerləşən Meidoun şəhərindən də hava hücumları barədə məlumatlar daxil olub. Hava hücumlarının nəticələri barədə heç bir məlumat verilməyib.
Daha əvvəl İsrail ordusunun sözçüsü Aviçay Edri X-də ərəb dilində verdiyi açıqlamada bildirib ki, Livanda İsrailin yeni hava hücumları dalğası silah istehsalı və saxlanması üçün istifadə olunan yeraltı obyektləri hədəfə alır. O, Hizbullahın fəaliyyətinin Livan-İsrail atəşkəs razılaşmalarının pozulması olduğunu bildirib.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ