Onlayn ictimai-siyasi qəzet
İsrail hakimiyyəti Livanda bir əsgərin İsa Məsihin heykəlinə zərər verdiyini göstərən fotoşəkilin yayılmasından sonra üzr istəyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İsrail ordusunun rəhbərliyi daxili araşdırma başladıb və heykəlin bərpasına kömək etməyə hazır olduğunu bildirib.
Şəkil sosial mediada və Livan mediasında yayılıb. İsrailin hərbi rəhbərliyi daha sonra hadisənin həqiqətən də baş verdiyi təsdiqləyib.
Müdafiə Nazirliyi hadisəni ciddiyə aldığını və şəraiti araşdırdığını bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar bu hərəkətdən incimiş ola biləcək xristianlardan üzr istəyib.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ