İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail nazirindən yersiz açıqlama: “Türkiyə bu gün İsrail üçün ən ciddi təhdiddir”

İsrailin naziri Amixay Şikli Türkiyənin hazırda İsrail üçün ən təhlükəli regional təhdidə çevrildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, rəsmi Təl-Əviv beynəlxalq arenada Türkiyəni izolasiya etmək üçün addımlar atmalıdır.

Şikli Türkiyənin bölgədə genişlənmə planlarına diqqət çəkib:

“Türkiyə-yeni İrandır. Onun Suriyada genişlənmək ambisiyası var. Orada hərbi bazalar qurur. Qəzzaya təsirini artırmaq niyyətindədir. Türkiyə bu gün İsrail üçün ən ciddi təhlükədir”, — deyə o bildirib.

İsrailli nazir Türkiyənin Yaxın Şərqdəki fəaliyyətlərini strateji təhdid kimi qiymətləndirib və ölkəsinin buna qarşı siyasi-diplomatik tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR