İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail paytaxtından Moskvaya uçuşlar dayandırıldı

İsrailin “El Al”aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşlar üçün bilet satışını dayandırıb.

Musavat.com bildirir ki, İsrail paytaxtından bron etmək üçün mümkün olan ən erkən gediş tarixi iyulun 2-sidir.

İsrailin ictimai yayımı Kan daha əvvəl bildirmişdi ki, “El Al”-ın Moskvaya uçuşları dayandırmaq qərarı "Rusiya və Ukrayna arasındakı münasibətlərdə baş verən hadisələrlə" bağlıdır. Aviaşirkət gələn həftə vəziyyəti yenidən qiymətləndirəcək və bu qiymətləndirmə əsasında uçuşların bərpa edilib-edilməməsinə qərar verəcək.

Rusiyanın “Red Wings” və “Azimut” aviaşirkətləri isə Rusiya ilə İsrail arasında müntəzəm reysləri yerinə yetirməyə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR