Onlayn ictimai-siyasi qəzet
İsrailin “12-ci telekanal”ı Yəməndə husilərə qarşı keçirilən xüsusi əməliyyatın bəzi məqamlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatlara görə, bombardman başlamazdan bir neçə dəqiqə əvvəl pilotlara əmri dayandırmaq göstərişi verilib. Təyyarələr təxminən yarım saat Yəmən üzərində dövrə vurmaq məcburiyyətində qalıb, çünki İsrail komandanlığı husilərin rəhbərliyinin həmin yerdə olduğuna dair təsdiqi gözləyirmiş. Lakin təsdiq gəlmədiyindən əməliyyat ləğv olunub və pilotlara geri dönmək tapşırılıb.
Bununla belə, bir qədər sonra yeni və bu dəfə yekun məlumat daxil olub — bildirilib ki, husilərin bütün rəhbərliyi toplantıda iştirak edəcək. Geri dönən İsrail təyyarələri yenidən Yəmən istiqamətinə yönəldilib və 15 dəqiqə sonra əvvəlcədən müəyyən edilən hədəfi bombalayıb.
Nəticədə husilərin “baş naziri” və azı doqquz naziri məhv edilib. Təyyarələr İsrailə qayıdıb və əməliyyat tam uğurlu elan olunub.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ