Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Berqamo şəhərində futbol matçı ərəfəsində təhlükəsizlik əməliyyatı keçirilib.
Musavat.com xəbər verir ki, Təl-Əvivin “Hapoel” futbol klubunun iki azarkeşinin kirayə götürdüyü mənzildə aparılan axtarış zamanı ümumilikdə 45 kiloqram partlayıcı maddə və pirotexniki vasitə aşkarlanaraq müsadirə edilib.
Məlumata görə, həmin iki azarkeş “Hapoel”in Berqamoda keçirəcəyi oyundan az əvvəl saxlanılıb.
Onların qaldığı mənzildə keçirilən axtarış əməliyyatına xüsusi təyinatlı bölmələrlə yanaşı, İtaliya əks-kəşfiyyatının əməkdaşları da cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ