İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya və Polşa vətəndaşlarını İranı tərk etməyə çağırdı

Musavat.com xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyi və Polşa hökuməti öz vətəndaşlarını İranı tərk etməyə çağırıblar.

İtaliya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda regionda təhlükəsizlik vəziyyətinin kəskinləşdiyini bildirərək, İranda olan İtaliya vətəndaşlarına ölkəni imkan daxilində ən qısa müddətdə tərk etməyi tövsiyə edib.

Bənzər çağırış Polşa tərəfindən də edilib. Polşa hakimiyyəti vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb, səfərlərin təxirə salınmasını və diplomatik nümayəndəliklərlə əlaqədə qalmağı məsləhət görüb.

Rəsmi açıqlamalarda qeyd olunub ki, Yaxın Şərqdə artan gərginlik fonunda xarici vətəndaşların təhlükəsizliyi ciddi risk altındadır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR