İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanslerə bir kəlmə söz 3 illik türmədir – Almaniyada mübahisəli qanun gündəmdə

Almaniyada siyasətçilərin təhqir edilməsinə görə üç ilədək həbs cəzası nəzərdə tutan qanunun dəyişdirilməsi və ya ləğvi müzakirə olunur.

Musavat.com xəbər verir ki, Politico-nun məlumatına görə, müzakirələrə kansler Fridrix Merzi “Pinokkio” və “yalançı Frits” adlandıran şəxslər barəsində açılan səs-küylü cinayət işləri təkan verib.

Sözügedən qanun Almaniyada 1951-ci ildən qüvvədədir. 2021-ci ildə kansler Angela Merkelin hökuməti onun müddəalarını sərtləşdirib. Hazırda bu qanunla siyasətçilərin təhqir edilməsinə görə üç ilədək həbs və ya cərimə cəzası nəzərdə tutulur.

Politico qeyd edir ki, siyasi partiyalar qanunun dəyişdirilməsinin zəruriliyi məsələsində ümumən razılaşsalar da, bunun hansı formada və nə vaxt həyata keçirilməli olduğuna dair ortaq mövqeyə gələ bilməyiblər.

Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi, Baden-Vürtemberq torpağının ədliyyə naziri Morits Oppelt bildirib ki, qanun ilk növbədə yerli səviyyədə fəaliyyət göstərən siyasətçiləri qorumaq üçün yaradılıb. Onun sözlərinə görə, yüksək səviyyəli siyasətçilər sərt tənqidə dözməyi bacarmalıdırlar.

Die Linke partiyasından deputat Lyuk Hoss isə qanunun ləğvini tələb edib. O bildirib ki, Fridrix Merz kimi siyasətçilər özləri də daim adi insanları təhqir edir, onları tənbəl və ya özünü xəstəliyə vuran adlandırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR