Onlayn ictimai-siyasi qəzet
Amerikalı reper Kanye Uestin Rusiyada keçirəcəyi iki konsert ölkə tarixinin ən bahalı konsert tədbirlərindən birinə çevrilə bilər.
Musavat.com xəbər verir ki, “Baza”nın hesablamalarına görə, sənətçinin iki şousu fanatlardan ümumilikdə 3,5 milyard rubldan çox vəsait toplaya bilər.
Məlumata görə, hər iki konsert tam anşlaqla keçərsə, hər axşam təşkilatçılara təxminən 1,8 milyard rubl gəlir gətirə bilər. Bir biletin orta qiyməti isə 26 min rubl təşkil edir.
Ən ucuz biletlər yuxarı tribunalar üçün nəzərdə tutulub və qiymətlər 9 min rubldan başlayır. Uzaq tribunalar üçün biletlər 17-27 min rubl, rəqs meydançasına giriş 25 min rubl, səhnəyə yaxın sektorlar isə 30-35 min rubl təşkil edir.
Ən bahalı seçim isə VIP-lojalardakı yerlərdir. Burada bir nəfərlik yerin qiyməti 160 min rubldur. 12 nəfərlik bütöv VIP-lojanın qiyməti isə təxminən 1,9 milyon rubl təşkil edir.
Hesablamalara görə, cəmi 2448 nəfərin yerləşə bildiyi VIP-lojalar ümumi gəlirin təxminən 400 milyon rublunu təmin edə bilər. “Baza”nın məlumatına görə, bütün VIP-lojalar artıq tamamilə satılıb.
Qeyd edək ki, Kanye Uest (Ye) 10 və 11 oktyabrda Sankt-Peterburqdakı “Qazprom Arena”da konsert verəcək. Biletlərin qiyməti 9 min rubldan 160 min rubladək dəyişir.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ