Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ son görünüşü ilə yenidən gündəmə gəlib.
Aktyorun Kenan Sofuoğlu və oğlu Zayn Sofuoğlu ilə bir araya gəldiyi görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Diqqət çəkən məqam isə Tatlıtuğun yeni bığlı imici olub.
Son aylarda görünüşündə bir sıra dəyişikliklər edən aktyor əvvəlcə saçlarını açıq sarı rəngə boyayıb, daha sonra isə uzun illər istifadə etdiyi saqqalını kəsib. Yeni görüntülərdə isə onun yalnız bığ saxladığı görünür.
Sosial media istifadəçiləri aktyorun yeni görünüşünü müzakirə edərək müxtəlif rəylər səsləndiriblər. Bir çox izləyici bu dəyişikliyin onun yeni layihəsi ilə bağlı olduğunu iddia edib.
Aktyorun son imic dəyişikliyi də pərəstişkarlarının marağına səbəb olub.//Demokrat.az

19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ