İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə fövqəladə vəziyyət: "Şəhəri tərk edin" ÇAĞIRIŞI

Ukraynanın paytaxtı Kiyev dərin enerji böhranı ilə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, şəhər meri Vitali Kliçko Reuters agentliyinə müsahibəsində bildirib ki, paytaxt hazırda ehtiyac duyduğu elektrik enerjisinin cəmi təxminən yarısı ilə təmin olunur.

Merin sözlərinə görə, bəzi rayonlarda sakinlər sutkada 18–20 saat mərkəzləşdirilmiş elektrik enerjisiz qalır. Bu vəziyyət fevral 2022-ci ildən bəri Kiyevdə yaşanan ən ağır enerji böhranı kimi qiymətləndirilir.

Kliçko qeyd edib ki, beynəlxalq tərəfdaşlar Kiyevə əlavə generatorlar təqdim etsələr də, təxminən 100 yaşayış binası hələ də istiliklə təmin olunmur. Şəhər rəhbəri mövcud şəraitin xüsusilə qış aylarında ciddi risk yaratdığını vurğulayaraq, bəzi sakinlərə müvəqqəti olaraq paytaxtı tərk etməyi tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR