İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə amansız hücum: Ukrayna səması müdafiəsiz qaldı, 28 ballistik raketin HEC BİRİ vurulmadı

Rusiya ötən gecə Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı 28 raket və 115 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub. Ukraynanın hava hücumundan müdafiə (HHM) qüvvələri isə ballistik raketlərin heç birini zərərsizləşdirə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı hesabatda məlumat verilib.

Məlumata görə, Rusiya Kiyev vilayətinə 4 ədəd "Zirkon"/"Oniks" gəmiəleyhinə raketi, 24 ədəd "İskəndər-M"/S-400 ballistik raketi, həmçinin 115 ədəd "Shahed", "Gerbera", "İtalmas" tipli zərbə PUA-sı və "Parodiya" tipli imitasiya dronları ilə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin hesabatına əsasən, hava hücumundan müdafiə qüvvələri ballistik raketlərin heç birini vurmağa müvəffəq olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR