İnsanlara hürriyət, millətlərə istiqlal!

Kola sevənlər üçün limit açıqlandı: gündə 200 millilitrdən artıq olmaz

Qazlı içkilərin gündəlik istehlakı ilə bağlı mütəxəssislər xəbərdarlıq edir. Musavat.com xəbər verir ki, dietoloqların məlumatına görə, insanın sağlamlığına zərər vermədən qəbul edə biləcəyi kola miqdarı gündə maksimum 200 millilitr hesab olunur.

Mütəxəssislər bildirirlər ki, gün ərzində su əvəzinə qazlı içkilərin içilməsi orqanizm üçün ciddi risk yaradır. Bu vərdiş zamanla müxtəlif sağlamlıq problemlərinə, xüsusilə də maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Həkimlərin sözlərinə görə, kola xüsusilə sümük toxuması ilə bağlı problemi olan insanlar üçün təhlükəlidir. İçkinin tərkibindəki fosfor turşusu orqanizmdə fosforun artmasına səbəb olur və nəticədə kalsium daha sürətlə yuyulub gedir. Bundan əlavə, kolanın tərkibindəki kofein də kalsiumun bədəndən xaric olunmasını sürətləndirir. Bu isə osteoporoz kimi sümük xəstəlikləri olan insanlar üçün əlavə risk yaradır.

Dietoloqlar qeyd edir ki, piylənmə, şəkərli diabet və maddələr mübadiləsi pozğunluğu olan şəxslər qazlı içkilərdən ilk növbədə imtina etməlidirlər.

Bununla belə, həkimlər bildirirlər ki, bəzi hallarda qazlı içkilər qısa müddətli enerji verə bilər. Məsələn, marafon kimi fiziki yüklənmə öncəsi tez bir zamanda ayılmaq və orqanizmi canlandırmaq üçün az miqdarda istifadə edilə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR